• 24 Noyabr 2024 23:33

Əli Həsənov üçün özəl gün – Dostları onu “yaddan çıxardı”

Bu gün Azərbaycan Prezidentinin sabiq köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun doğum günüdür. Onun 64 yaşı tamam olur. 

 

Tacxeber.com xəbər verir ki, Əli Həsənov 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. İxtisasca tarixçidir. 1996-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında əvvəl şöbə müdirinin müavini, sonra şöbə müdiri vəzifələrində çalışıb. 2015-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsini tutub.

 

2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad olundu və bu şöbə ümumiyyətlə ləğv edildi.

 

Əli Həsənov hazırda siyasi proseslərdən tamamilə təcrid olunub. Keçmiş komanda üzvlərinin hamısı ilə əlaqəni kəsib. Mətbuata birtərəfli embarqo qoyub. Xeyir-şər məclislərinə nadir hallarda qatılır.

 

Vəzifədə işlədiyi dövrdən fərqli olaraq, son 5 ildə dostları da Əli Həsənovun doğum gününü “unudub”. İndi onu sosial şəbəkələrdə əsasən heç kimin tanımadığı sadə adamlar, yaxın və uzaq qohumları təbrik edir. Vaxtilə kurasiyasında olan “media kapitanları” rəhbərlik etdikləri KİV-lərdə Əli Həsənov haqda xoş sözlər yazmağa lüzum görmürlər.  Sosial şəbəkələrdə yazdığı statusları bəyənən və onlara rəy bildirənlərin sırası da nəzərəçarpacaq dərəcədə seyrəlib.

Tacxeber.com

Oxşar xəbərlər