• 23 Noyabr 2024 22:26

Amerikalı milyarderin sərvəti rusların əlinə keçəcək?

Media maqnatı Rupert Merdok rusiyalı milyarder Roman Abramoviçin keçmiş qayınanası, bioloq Yelena Jukova ilə evlənməyə hazırlaşır.

 

Tacxeber.com xarici mediaya istinadən bildirir ki, bu, 92 yaşlı media maqnatının 5-ci izdivacı olacaq.

 

Onun əvvəlki 3 həyat yoldaşından 6 övladı var. Dördüncü həyat yoldaşı, model və aktrisa Cerri Holl 2022-ci ilin iyulunda boşanmaq üçün məhkəməyə müraciət edib. O, bunun səbəbini “barışmaz fikir ayrılıqları” ilə izah edib. Merdok sonradan radio aparıcısı Enn Lesli Smitlə nişanlansa da, 2023-cü ilin aprelində ona evlənmək fikrindən vaz  keçib.

 

Merdokun evlənməyə hazırlaşdığı Yelena Jukovanın isə 67 yaşı var. Media maqnatın onunla üçüncü həyat yoldaşı Vendi Danq vasitəsilə tanış olduğu iddia edilir. Jukova şəkərli diabeti öyrənən molekulyar bioloq kimi Los-Ancelesdəki Kaliforniya Universitetində işləyirdi. Hazırda təqaüdə çıxıb. Onun qızı Darya Jukova 10 ilə yaxın müddət ərzində Roman Abramoviçlə nigahda olub və 2017-ci ildə ayrılıb.

 

Qeyd edək ki, Amerikanın “Forbes Real Time Billionaires” reytinqində Rupert Merdok 96-cı yeri tutur. Onun sərvəti 10 milyard dollar məbləğində qiymətləndirilir. 2013-cü ildə o, “News Corporation” şirkətini iki hissəyə – “21st Century Fox” və “News Corp”a bölüb. Birinciyə “20th Century Fox” film şirkəti və “Fox” yayım şəbəkəsi, ikinciyə “The Times”, “The Wall Street Journal” və başqaları daxildir.

Tacxeber.com

Oxşar xəbərlər