Bu qəzet dindarları qəzəbləndirdi – Ramazanla bağlı ŞOK FOTO
Fransanın solçu qəzetlərindən biri olan Liberation tərəfindən Qəzzada Ramazan bayramı ilə bağlı irqçi bir karikatura nəşr olunub.
Tacxeber.com xəbər verir ki, sözügedən nəşr müsəlman cəmiyyətində böyük əks-səda doğurub.
Belə ki, Fransanın Liberation qəzetində Korin Reyin çəkdiyi karikaturada humanitar faciənin yaşandığı Qəzza zolağında Ramazan ayının necə başladığı müzakirə edilib.
“Qəzzada Ramazan” adlı karikaturada qadın, dili çıxmış uşaq, dağıntılar altından çıxan əl, ağzından su axan qəzəbli kişi, ağzında sümük parçaları ilə qaçan siçanlar əks olunub.