Azərbaycanda qohum evliliyi qadağan oluna bilər
Azərbayanda əmi, xala uşaqları kimi ikinci və üçüncü dərəcəli qohumlar arasında evlilik qadağan oluna bilər.
Tacxeber.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov “Qohum nikahları” ilə bağlı ictimai müzakirə zamanı bildirib.
O deyib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.
“Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir”, – Rüstəm Qasımov söyləyib.