• 24 Noyabr 2024 07:41

Venesuela prezidenti Papanı tənqid etdiyinə görə Zelenskini “təlxək” adlandırdı

“Ukrayna prezidenti Volodimir Zelenski getdikcə özünü Venesuelanın prezidenti elan etmiş Xuan Quaydoya bənzəməyə başlayır: Quaydo kimi təlxək, kobud, məğlub və öz xalqına zərərli”.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Venesuelanın dövlət başçısı Nikolas Maduro “Venezolana de Television” kanalına müsahibəsində deyib.

 

Zelenskinin Roma Papasının ünvanına səsləndirdiyi tənqidi fikirləri şərh edərkən Maduro bildirib ki, pontifikin malik olduğu məlumatdan daha artığını bilir.

 

“Papa bilir ki, Ukrayna məsələsi böyük təxribata çevrilib və sülh danışıqlarının vaxtı çatıb”, – deyə o, əlavə edib.

 

Roma Papasını “qüdrətli əxlaq və dini liderlərdən” biri və “bütün dinlər və hökumətlər tərəfindən hörmət edilən siyasətçi” adlandıran Maduronun sözlərinə görə, əgər pontifik dinc danışıqlara çağırırsa, buna qulaq asmaq lazımdır.

 

“Venesuela onun Ukraynada sülh çağırışını səmimiyyətlə dəstəkləyir”, – o, vurğulayıb.

 

Bu arada Almaniyanın xarici işlər naziri Annalena Berbok pontifiki Moskvanın vurduğu ziyanı görmək üçün Ukraynaya səfər etməyə çağırıb.

 

Almaniyanın xarici siyasət idarəsinin başçısı bildirib ki,  pontifikin “ağ bayraq” və Ukraynanın Rusiya Federasiyası ilə danışıqları ilə bağlı şərhlərini “başa düşməyib”: “Məncə, bəzi şeyləri yalnız özün görəndə başa düşə bilirsən”.

 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Papanın təşəbbüsünü “virtual vasitəçilik” adlandırıb. Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba isə bildirib ki, ölkənin bayrağı mavi-sarı rəngdədir və Ukrayna digər bayraqları qaldırmayacaq. O, həmçinin Vatikanı “keçmişin səhvlərini təkrarlamamağa” və Ukraynaya yardım göstərməyə çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər