“Rus sərhədçilərinin İrəvandakı aeroportdan çıxarılması barədə bildiriş almışıq” – Peskov
“Rusiya Ermənistandan rus sərhədçilərinin “Zvartnots” hava limanında işini dayandırması barədə bildiriş alıb”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq jurnalistlərə müsahibəsində bildirib.
“Həqiqətən də bununla bağlı Ermənistandan məktub daxil olub və hazırda İrəvanla təmaslar aparılır. Ona görə də, indi mən bundan artıq bir şey deyə bilmərəm”, – deyə Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvan hava limanında Rusiya sərhədçiləri ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”, – Kremlin sözçüsü əlavə edib.