“İftar menyularının qiymətini qaldırıblar, “kassa savabı” edirlər”
“Allah tutulan bütün orucları qəbul etsin. Restoranlarda gördüm ki, günorta saatlarında 9-10 manata yalvarıb satdıqları biznes lançın yanına 2 ədəd xurma, bir stəkan da su qoyublar və adını da iftar süfrəsi qoyublar. Qiymətləri də 25-55 manat arasında qaldırıblar”.
Tacxeber.com xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə paylaşdığı videoda deyib. O, restoranlardakı iftar menyusunun qiymətinin artırılmasına etiraz edib: