• 24 Noyabr 2024 05:41

“Boeing” ABŞ-ın texniki yoxlamalarından keçə bilmədi.

 

Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan “Boeing” ABŞ Federal Aviasiya Administrasiyasının keçirdiyi 89 texniki yoxlamadan 33-də uğursuzluqla nəticələnib.

 

Bu barədə “The New York Times” məlumat yayıb.

Jurnalistlər öyrənib ki, sınaqlar 6 həftə ərzində aparılıb: mütəxəssislər “Boeing 737 MAX”ın hissələrini, o cümlədən qanadlarını və bir sıra digər sistemləri yoxlayıblar, həmçinin korporasiya işçilərinin keyfiyyətə nəzarət prinsiplərini nə dərəcədə yaxşı başa düşdüyünü öyrəniblər.

“Boeing”dən başqa, 737 MAX üçün gövdə istehsal edən “Spirit AeroSystems”də də yoxlamalar aparılıb. Şirkət 13 yoxlamadan 7-də uğursuzluğa düçar olub. Məsələn, bir halda onun əməkdaşları plombla işləyərkən sürtkü əvəzinə maye sabundan, digərində isə qapının möhürünü yoxlamaq üçün otel açar kartından istifadə ediblər.

 

Daha maraqlısı isə:

Bundan əvvəl ABŞ-da jurnalistlərə təyyarə istehsalında fəlakətli problemlər barədə danışan keçmiş “Boeing” mühəndisinin cəsədinin tapıldığı bildirilirdi. O, şirkəti məhkəməyə verib və hadisədən dərhal əvvəl uzun müddətdir hazırlaşdığı ifadəsini verib. (Valyuta.az)

 

Tacxeber.com

Oxşar xəbərlər