• 22 Noyabr 2024 11:37

Baş Qərargahda çaxnaşma – “Ruslar bunu gözləmirdilər”

 

“Rusiyanın Azadlığı” Legionunun döyüşçüləri gecəni Rusiya ərazisində keçiriblər. Yaraqlılar sosial şəbəkələrdə sərhəd qəsəbəsində çəkilmiş fotolarını yayımlayıblar.

 

Bu barədə legionun Teleqram kanalı məlumat yayıb.

“Evdə nəfəs almaq və istirahət daha xoşdur. Doğma torpaqlarımızda gecələdik”, – məlumatda deyilir.

Dünən səhər saatlarında “Rusiyanın Azadlığı” Legionu, “Rusiya Könüllüləri” Korpusu və “Sibir” Batalyonunun döyüşçüləri Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olublar.

Legionun döyüşçüsü Aleksandr Baranovski deyib ki, Rusiya Baş Qərargahında çaxnaşma var, çünki bu bölgələrdə ikinci cəbhənin açılacağını gözləmirdilər. Onun sözlərinə görə, Moskva hələ də susur, guya heç nə baş vermir.

“Sibir” Batalyonundan da bildirilib ki, ruslar belə bir hücum gözləmirdilər.

 

Tacxeber.com

Oxşar xəbərlər