Ömrünün 72 ilini matal kapsulda yaşayan şəxs VƏFAT ETDİ
ABŞ-də yaşayan “Polio Paul” ləqəbli Paul Aleksandr ömrünün 72 ilini 300 kiloqramlıq metal kapsulda keçirərək qeyri-adi rekorda imza atıb.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, poliomielitdən xilas olan və demək olar ki, bütün həyatını “dəmir ağciyər”lə keçirən Aleksandr martın 11-i bazar ertəsi dünyasını dəyişib.
78 yaşında dünyasını dəyişən Aleksandr 1952-ci ildə poliomielit xəstəliyinə tutulanda cəmi 6 yaşında idi. Həmin vaxt ölkə ABŞ tarixində ən pis poliomielit epidemiyasını yaşayırdı və bu xəstəliyə 58 000 insan yoluxmuşdu.
Diaqnozdan qısa müddət sonra o, bədəninin ölümcül xəstəliklə mübarizə aparmasına kömək etmək üçün o dövrdə “dəmir ağciyər” kimi tanınan bir metal maşının içərisinə yerləşdirilib.
O, 72 ilini metal kapsulda keçirib. 1955-ci ildə Paul xəstəliyə tutulduqdan cəmi üç il sonra kəşf edilən poliomielit peyvəndi ölkədə bütün uşaqlara tətbiq olunmağa başlayıb.1979-cu ildə ölkə poliomielitdən tamamilə qurtulub. Lakin Paul üçün çox gec olduğundan o, iflic olub.
O, metal kapsula aludə olsa da, orta məktəbi bitirdikdən sonra universitetə daxil olub və ali hüquq təhsili alıb və illərlə hüquqşünas kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “Dəmir ağciyərlər” kimi tanınan metal kapsullar 1928-ci ildə icad edilib, lakin 60-cı illərin sonlarından etibarən istehsalı dayandırılıb. Bu aparat mənfi təzyiq vasitəsilə oksigeni çəkən və sonra ağciyəri genişləməyə məcbur edən, xəstənin nəfəs almasına imkan verən hava keçirməyən bir kapsuldur.