“Ancaq yarım gün oruc tuta bilmişəm”
“Ancaq yarım gün oruc tuta bilmişən. O da 30 il əvvəl. Oruc saxlamaq üçün iradəm yoxdur”.
Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “İncə səhər” proqramında deyib. Sənətçi oruc tuta bilməməsindən danışıb:
“25-30 il bundan əvvəl idarələrin birində çalışırdım. Ramazan ayı idi və oruc tutdum. Günorta hiss etdim ki, qarnımda nəfəsli musiqili orkest çalır. Deyir ki, yemək yeməlisən. O an həyat yoldaşım Sevinc xanıma zəng etdim. Söylədim ki, ya savabdır, ya günahdır, amma mən yeyirəm. Evdə xanımım, oğlum, gəlinim oruc tutur. Mən də onlara iftar verirəm.