• 25 Noyabr 2024 04:25

Ukraynanın Rusiyaya hücumu… – Putin

Ukraynanın Rusiyanın yaşayış məntəqələrinə hücumunun məqsədi bu həftə keçirilməsi planlaşdırılan prezident seçkilərini pozmağa çalışmaqdır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin yerli mediaya müsahibəsində deyib.

 

“Əsas məqsəd, buna şübhə etmirəm, Rusiyada prezident seçkilərini pozmağa çalışmaq, heç olmasa, vətəndaşların normal iradə ifadəsi prosesinə hansısa formada müdaxilə etməkdir. Bu birincidir. İkincisi, bu, artıq informasiya effekti əldə etməkdir”, – o bildirib.

 

Putinin sözlərinə görə, hücumlar Ukraynanın müharibə zonasındakı uğursuzluqları fonunda həyata keçirilir:

 

“Üçüncüsü, heç olmasa nəyəsə nail olunarsa, gələcəkdə mümkün danışıqlar prosesində hansısa fürsət, müəyyən əsaslandırma əldə etmək istəyirlər. Yəni biz bunu sizə qaytaracağıq, siz də bunu bizə verin”.

 

Qeyd edək ki, son günlər Ukraynanın Rusiyaya kütləvi PUA hücumları kəskin artıb. Nəticədə Rusiyanın bir çox yerlərində neft baza və anbarlarına zərbələr endirilib.

Tacxeber.com

Oxşar xəbərlər