Alimlərdən yeni ARAŞDIRMA: “Google” vasitəsilə xərçəngi müəyyən etmək olar
Onlayn özünü diaqnostika yumurtalıq xərçəngi də daxil olmaqla təhlükəli xəstəlikləri müəyyən etməyə kömək edə bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Mail” London İmperial Kollecinin və Harvard Tibb Məktəbinin alimlərinin araşdırmalarının nəticələrinə istinadən məlumat yayıb.
London İmperial Kollecində tədqiqatçılar tərəfindən 200 qadın üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, “Google”da axtarış etməklə öz-özünə diaqnoz qoymaq təhlükəli xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün əhəmiyyətli potensiala malikdir. Tədqiqatçılar, yumurtalıq xərçənginin əlamətlərini “Google”da axtaran iştirakçıların tez bir zamanda tibbi yardım axtarma ehtimalının daha yüksək olduğunu məyyənləşdiriblər.
Harvard Tibb Məktəbinin tədqiqatçıları da oxşar nəticələrə gəliblər. Onlar müəyyən ediblər ki, süni intellekt alqoritmləri tərəfindən təşkil edilən “Google” tibbi məlumat anbarının istifadəsi xəstəliklərin əlamətlərini öz-özünə təhlil edərkən düzgün diaqnozun qoyulmasına yol açır.