7,4 bal gücündə zəlzələ olacaq – Sensasion iddia
Türkiyəli məşhur alim, geoloq Cəlal Şengör Mərmərə dənizində gözlənilən böyük İstanbul zəlzələsi ilə bağlı sensasion açıqlamalar verib.
Tacxeber.com Publika.az-a istinadla xəbər verir ki, Şengör zəlzələnin həm İstanbulu, həm də Türkiyənin mühüm sənaye bölgələrini məhv edəcəyini, hətta Türkiyənin müstəqilliyini itirə biləcəyini bildirib.
Şengör Mərmərə dənizində 7,2 – 7,4 bal gücündə zəlzələnin ola biləcəyini bildirib: “Qırılma xətti demək olar ki, Mərmərə dənizinin ortasından keçir. İstanbul yaxınlığında da Çınarcık hövzəsinin ortasından keçən yeni bir qırılma xətti tapılıb. İndi onlardan hər hansı biri qırılsa, nəinki İstanbulda, Tekirdağda da böyük dağıntılara səbəb olacaq. Tekirdağ ilə İstanbul arasındakı hissə tamamilə yox olacaq. İzmit, Mərmərənin cənubu, Bursa və Balıkesir düzü ciddi şəkildə təsirlənəcək”.
Professor qeyd edib ki, İstanbulda baş verəcək zəlzələ Türkiyənin müstəqilliyini itirməsi ilə nəticələnə bilər:
“Çünki Türkiyənin iqtisadiyyatı, bilik və bacarığı bu zəlzələnin öhdəsindən gəlməyə kifayət etməyəcək. Biz kömək istəyəcəyik. Dünya məmnuniyyətlə yardım edəcək. Çünki İstanbul təhlükədədir. Sevr müqaviləsinin maddələrindən biri də İstanbulun BMT ölkələrinin birgə idarə edəcəyi bir şəhər olması idi. Biz bunu dərk etmirik, amma bu, hələ də gündəmdədir”.
Mərmərə dənizində gördükləri işlərdən danışan Şengör, dövlətin pul ayırmadığını söyləyib: