• 25 Noyabr 2024 11:51

Qəhvə içəndə yuxusu qaçmayanlar: Bu orqanizminiz ciddi təhlükədədir

Yuxunu qaçırmağa və enerji artırmağa kömək edən qəhvə, bəzi insanlarda bu təsirə malik deyil.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dietoloq Çisem Nur Ertopçu qəhvə içməsinə baxmayaraq yuxusu qaçmayan insanların qaraciyərində problem olduğunu deyib.

 

O bildirib ki, qaraciyər “CYP-1A2” adlı ferment kofeindən metil çıxarır.

 

“Əgər, qəhvə içməyin yuxunuza heç bir təsiri yoxdursa, demək, bu ferment çox işləyir. Faza-1 sürətli işləyirsə və 2-ci faza kifayət qədər işləmirsə, bu, orqanizm üçün son dərəcə təhlükəli və zəhərli bir vəziyyətdir.

 

Dietoloq əlavə edib ki, bu vəziyyət həm sağlamlıq üçün təhlükəlidir, həm də arıqlaya bilməməyə səbəb olur.

 

“Hər yolu cəhd etsəniz də, artıq çəkidən hələ də xilas ola bilmirsinizsə, bu qrupda ola bilərsiniz. Mitoxondriləriniz düzgün işləməyə bilər. Bundan əlavə, siqaret çəkirsinizsə, o, 1-ci mərhələni sürətləndirə və vəziyyəti daha da artıra bilər. Əgər içdiyiniz qəhvə yuxunuzun qaçmasına təsir etmirsə, dərhal həkimə müraciət edin və qaraciyərinizi yoxlatdırın”.

Tacxeber.com

Oxşar xəbərlər