• 24 Noyabr 2024 23:24

Erkən ölüm riskini azaltmaq üçün gündə neçə min addım atmaq lazımdır? – Alimlərin ARAŞDIRMASI

 

İngiltərəli alimlər gün ərzində oturmağı kompensasiya etmək üçün lazım olan addımların sayını müəyyən ediblər.

 

Tədqiqatçılar İngiltərədə yerləşən UK Biobank-da qeydiyyatda olan 72 min 174 nəfərin məlumatlarını araşdıraraq, oturaq həyat tərzinin səbəb ola biləcəyi xərçəng, diabet və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün atılması lazım olan addımların sayını hesablayıblar.

“British Journal of Sports Medicine” elmi jurnalında dərc edilən araşdırmada günün ən az 10,6 saatını oturaraq keçirənlərin çox oturaq həyat tərzi keçirdikləri qeyd olunub.

 

Tədqiqatçılar bunu tarazlaşdırmaq üçün optimal addım sayının 9 000 ilə 10 000 arasında olduğunu müəyyən ediblər.

Araşdırmada bu sayda addımı atanlarda ürək-damar xəstəlikləri riskinin 21 faiz, vaxtından əvvəl ölüm riskinin isə 39 faiz azaldığı müşahidə edilib. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər