• 24 Noyabr 2024 17:05

Həftə sonu çox yatmaq faydalıdırmı? – Kardioloq açıqladı

Həftə sonları çox yatmaq vərdişi yorğunluğun yığılmasına yol açır.

 

Tacxeber.com xəbər verir ki, kardioloq Deborah Li insanları həftə sonları yatmamağa çağırıb.

 

Çünki bu vərdiş düzgün istirahətə mane olur və yorğunluğun yığılmasına səbəb olur.

 

Onun sözlərinə görə, insanların çoxu həftə sonları yuxusuzluğunu kompensasiya etməyə çalışsalar da, əks nəticə əldə edirlər. Növbəti iş həftəsi üçün güc toplamaq əvəzinə, özlərini hədsiz yorğun və əzgin hiss edirlər. Li bunun gündəlik yatıb-oyanma perdiodunun pozulması ilə əlaqədar olduğunu deyib.

 

“Gec oyanmaq orqanizmin daxili saatını pozur və yuxuya getməyi çətinləşdirir. Bu qeyri-sabit rejim ümumi sağlamlığa zərər verir, narahatlığa və digər problemlərə səbəb olur “, – deyə kardioloq bildirib.

 

Li hesab edir ki, həftə boyu gümrah qalmaq üçün adi günlərdə olduğu vaxtda yatıb-oyanmaq lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər