• 25 Noyabr 2024 13:45

Ukrayna Rusiyanın daha iki zavoduna zərbələr endirdi

Ukrayna ordusu Rusiyanın enerji obyektlərinə zərbələr endirməyə davam edir. 

 

Tacxeber.com xəbər verir ki, Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının “Rosneft” dövlət şirkətinə aid iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.

 

O, teleqram kanalında yazıb ki, Volqa çayı bölgəsindəki Sızran neft emalı zavodunda yanğın olub, Novokubışev neft emalı zavoduna hücumun qarşısı alınıb.

 

Azarov hər iki zavodun işçilərinin təxliyə edildiyini və tələfatın olmadığını bildirib.

 

Hər iki müəssisədə il ərzində 8,8-8,9 milyon ton (65 milyon barel) neft emal edilir.

 

Sosial mediada Sizran neft emalı zavodunda baş vermiş böyük yanğının görüntüləri yayılıb.

 

Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub.

Tacxeber.com

Oxşar xəbərlər