Nazir ögey oğluna görə vəzifəsindən istefa verdi
Estoniyanın ədliyyə naziri Kalle Laanet korrupsiya qalmaqalına görə istefa verib.
Tacxeber.com xəbər verir ki, bu barədə Estoniya dövlət televiziya və radio yayımı portalı ERR məlumat yayıb.
Bu hadisəyə səbəb Laanet nazir vəzifəsində olarkən dövlətin puluna ögey oğlunun şirkətindən Tallinndə mənzil kirayələyib. Nazirlik dövründə dövlət onun 12.000 avrodan çox kirayə haqqını ödəyib.