• 27 Noyabr 2024 02:18

Bu separatçı bölgə də Rusiyanın tərkibinə keçə bilər – Müzakirələr gedir.

Cənubi Osetiya Moskva ilə sıx koordinasiyada Rusiyaya mümkün daxil olma məsələsini müzakirə edir.

 

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Cənubi Osetiya parlamentinin sədri Alan Alborov bildirib.

O bu mövzuda referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Alborovun sözlərinə görə, hər iki tərəf razılaşdırılmış xarici siyasət yürüdür.

 

“Biz Rusiya Federasiyası ilə birlikdə bu, yəni Rusiyanın tərkibinə daxil olmaq haqqında fikrə gələndə bunu edəcəyik”, – deyə o əlavə edib.

2023-cü ildə Cənubi Osetiya rəhbəri Alan Qaqloyev xalqa və parlamentə müraciətində Gürcüstanın separatçı bölgəsinin tezliklə Rusiyaya qoşulacağına ümid etdiyini bildirib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar qeyd edib ki, Cənubi Osetiya konkret təkliflər göndərsə, onlara baxılacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər