• 22 Sentyabr 2024 09:27

Putin yenidən prezident seçildi – 87 faiz

Rusiyada keçirilən prezident seçkilərində təşkil olunan “exit-poll” nəticələri açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, VTsIOM və FOM şirkətləri “exit-poll” keçirib.

 

Nəticələrə görə, namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin 87%-dən çox səs toplayıb.

 

Digər namizədlərdən Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) – 4,6%, Leonid Slutski (LDPR) – 3,0%, Vladislav Davankov (Yeni insanlar) –  2,5% səs qazanıb.

 

Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 24,4%-nin ilkin hesablamasından sonra bildirib ki, Vladimir Putin 87,97% səslə qalibdir.

 

Bu nəticələrə əsasən Putin yenidən Rusiyanın prezidenti seçilib.

Tacxeber.com

Oxşar xəbərlər