• 24 Noyabr 2024 04:51

Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu.

Moskvanın Oçakovo-Matveyevskoe rayonunda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyati ictimai təşkilatının sədr müavini Raqub Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə bakupost.az-a Moskvadakı diaspor nümayəndələri məlumat verib.

Xəbərə görə, Raqub Bayramov Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin keçmiş sədri Ağadadaş Kərimovun şikayəti əsasında məhkəmə qarşısına çıxarılıb.

 

Buna onların arasındakı köhnə ədavətin səbəb olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə Ağadadaş Kərimov yaxın ətrafı ilə birlikdə Moskvada Nar bayramı təşkil edib. Lakin Rusiya paytaxtındakı əksər diaspor üzvləri, o cümlədən jurnalist Fuad Abbasov və Raqub Bayramov qrantla maliyyələşdirilən həmin tədbirə dəvət olunmayıblar.

Diaspor təmsilçilərinin bildirdiyinə görə, Ağadadaş Kərimovun məqsədi tədbiri dar çərçivədə keçirərək ayrılan maliyyəni mənimsəmək olub. Tədbirə dəvət olunmayan vənarazı qalan diaspor nümayəndələri Ağadadaş Kərimovun ofisinə gedərək, hadisəni aydınlaşdırmağa cəhd ediblər. Bu zaman mübahisə yaranıb və dava düşüb.

 

Ağadadaş Kərimov hadisə yerinə polis əməkdaşlarını çağırıb. Araşdırmalardan sonra xuliqanlıqda günahlandırılan Raqub Bayramov və Roman adlı azərbaycanlıya məhkəmədə şərti cəza verib. Roman bu hadisədən sonra Azərbaycana qayıtsa da, Raqub Bayramov Moskvada qalaraq, fəaliyyətini davam etdirib.

“Ağadadaş onun burada qalmağından istifadə edərək, yenidən məhkəmədə iddia qaldırdı. Diaspor TV-nın baş redaktoru Ramiz Mikayılov məhkəmədən video hazırlamışdı. O video diaspor nümayəndələrinin ümumi qrupuna göndərilmişdi. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənovun müavini Həşim Əliyev həmin videonu Ağadadaş Kərimova göndərib. O da təzyiq edərək, həmin videonu sildirdi. Raqub Bayramova da 4 il iş verdilər”.

Qeyd edək ki, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin keçmiş sədri Ağadadaş Kərimov sonuncu dəfə qızını erməni biznesmenə ərə verməsi ilə gündəmə gəlmişdi. O, mətbuata açıqlamasında bunu etiraf etmiş, həyat yoldaşının da erməni olduğunu bildirmişdi:

“Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”.

Tacxeber.com

Oxşar xəbərlər