• 24 Noyabr 2024 05:20

Kral ailəsi ilə bağlı ŞOK İDDİALAR: qarşılıqlı xəyanət, qeyri-qanuni uşaqlar… – FOTO

Britaniya kral ailəsi son dörd ildə ABŞ-da məskunlaşan Şahzadə Harri və Meqan Marklın yaratdığı və bütün dünyaya yayılan böyük fırtına ilə yadda qaldı. Son bir neçə ayda baş verənlər ailəni uzun müddətdir yaşamadıqları qorxulu yuxuya sürükləyib.

 

Yanvarın ortalarında Uels şahzadəsi Keyt Middleton qəfil xəstəxanaya yerləşdirildikdən və əməliyyat olunduqdan sonra hər şey tam qarışdı.

Kensington Sarayı bu qarın əməliyyatının və ya şahzadənin xəstəliyinin səbəbini açıqlamayıb. Sadəcə Middletonun xərçəng xəstəsi olmadığı bildirilib

Bu çətin əməliyyatdan sonra evdə dincəldiyi deyilən Keyt Middleton iki aydan çox müddətdə ictimaiyyət arasında görünməyəndə, söz-söhbətlər daha da artıb.

Əvvəlcə narahatlıq onun səhhəti ilə bağlı idi: Uels şahzadəsinin yoxluğu uzandıqca, irəli sürülən sui-qəsd iddiası reallığa yaxınlaşırdı.

Sosial şəbəkələrdə yayılan və bəziləri zarafat məqsədi daşıyan bu şayiələrə görə, şahzadə bir sıra plastik əməliyyatlar keçirib və buna görə də gizlənir.

Onun xəstəliyinin deyilənlərdən daha ağır olduğunu və əslində komaya düşdüyünü, hətta öldüyünü iddia edənlər də olub. Ən böyük şübhə, Kate Middletonun bu əməliyyatı ən yaxın dostlarından, hətta onun cədvəlini tərtib etməkdə məsul olan köməkçilərindən gizlətməsi idi.

Uels şahzadəsinin də uzun zaman yoxa çıxması, onunla bağlı iddiaların getdikcə artmasına səbə olub. Şahzadə Uilyamın atasının ailə dostu və yaxın həmkarı Markes Devid Çolmondolinin həyat yoldaşı Rouz Hanberi ilə münasibətdə olduğu iddia edilib.

Keyt Middleton yoxa çıxması zamanı Uilyamın Rouz Hanberi ilə əlaqədə olduğu, ondan qeyri-qanuni uşaq dünyaya gətirdiyi, qisas almaq istəyən Uels şahzadəsinin də Tomas Kinqstonla eyni şeyi etdiyi iddiaları irəli sürülüb.

Bu söz-söhbət illərdir davam etsə də, indi şayiələr yayılıb ki, Uilyam Keyti üçüncü uşaqları Luisinə hamilə olarkən aldatıb və Rouz Hanberi də Uilyamın başqa qızını dünyaya gətirib.

Buna qarşılıq olaraq qisas almaq istəyən Keyt Middletonun Kraliça II Yelizavetanın əmisi qızı Ledi Qabriella Vindsorun 45 yaşlı əri Tomas Kinqstonla münasibət qurduğu və hamilə qaldığı iddia edilir. Tomas Kinqstonun fevral ayında qəfil ölümü və cəsədinin yanında tapançanın tapılması da sui-qəsd ehtimalını artırıb.

Digər sui-qəsd iddiaları arasında Şahzadə Uilyamın qəzəbini idarə edə bilmədiyi, zorakılığa meylli olması, Kate Middletonu döyməsi və ondan ayrılmağa cəhd etməsi daxildir.

Bu söz-söhbətlərə son qoymaq üçün Keyt Middleton ötən həftə İngiltərədə qeyd olunan Analar Günü üçün xüsusi foto paylaşıb. Ona göstərilən diqqətə görə təşəkkür edən və tezliklə sağalmağı arzulayan şahzadə yanındakı 3 övladı ilə gülümsəyərək kameraya baxıb və Uilyam fotonu çəkib.

Bu hərəkət hər şeyi daha da pisləşdirib. Paylaşılandan bir gün sonra məlum oldu ki, foto “Photoshop” ilə işlənib. Xəbər agentliklərindən fotonu etibarsız elan etmələri və paylaşmamaları istənilib. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər