• 24 Noyabr 2024 04:02

Cahid Hüseynov daha bir qohumuna yüksək vəzifə verdirdi (FOTO)

Son günlər adı müxtəlif qalmaqallarda hallanan “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Cahid Hüseynov daha bir yaxın qohumuna yüksək vəzifə verdirib.

 

Bizim.Media-nın “Azəriqaz”dakı mötəbər mənbədən əldə etdiyi məlumata görə, Cahid Hüseynovun bacısı oğlu Aqşin Əliyev bir neçə ay öncə Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayonu üzrə Texniki İstismar Xidmətinin rəis müavini təyin olunub.

Aqşin Əliyevə qədər isə həmin vəzifədə Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşı Zakir Rüstəmxanlı çalışıb.

 

Zakir Rüstəmxanlı bir neçə ay öncə təqaüdə göndərildiyi üçün Cahid Hüseynovun təqdimatı ilə bacısı oğlu Aqşin Əliyev onun yerinə təyin olunub.

Mənbənin məlumatına görə, Cahid Hüseynov Aqşin Əliyevi “Azəriqaz” İB İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis vəzifəsinə hazırlayırmış. Hazırda isə “Azəriqaz” İB İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayevdir.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Cahid Hüseynovun “Azəriqaz”-da vəzifə verdiyi yaxın dostları və qohumlarının siyahısı yayılıb. Cahid Hüseynovla “Azəriqaz” İB-nin keçmiş rəhbəri Ruslan Əliyev yaxın dost və kirvədirlər.

Tacxeber.com

Oxşar xəbərlər