“Qiyamət saatı hamının eşitməsi üçün kifayət qədər yüksək səslə döyünür” – Quttereş
“Bəşəriyyət Amerika atom bombasının yaradıcısının hekayəsindən bəhs edən “Oppenheimer” bioqrafik dramının davamının çəkilişinin mümkün olacağı bir vəziyyətdən sağ çıxa bilməyəcək”.
Tacxeber.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının Təhlükəsizlik Şurasında “Nüvə tərksilahı və nüvə silahının yayılmaması” mövzusunda açıq debatda çıxışı zamanı deyib.
“Xirosima və Naqasakinin dağıdılmasından təxminən səksən il keçməsinə baxmayaraq, nüvə silahları hələ də qlobal sülh və təhlükəsizliyə açıq təhlükə yaradır. Qiyamət saatı hamının eşitməsi üçün kifayət qədər yüksək səslə döyünür.
Nüvə dəliliyinə son qoymağa çağıran alimlərdən və vətəndaş cəmiyyəti üzvlərindən tutmuş, “Oppenheimer”in dünyada milyonlarla insan üçün nüvə qiyamətinin sərt reallığını canlandırdığı Hollivuda qədər. Bəşəriyyət “Oppenheimer” filminin davamından sağ çıxa bilməyəcək”, – Quttereş bildirib.