İnsult və infarkta səbəb olan içkilər
Oksford universitetinin alimləri insult və infarkt riskini artıran içkilər üzrə elmi araşdırmanı yekunlaşdırıb.
“Medicina” xəbər verir ki, alimlər yüksək şəkərli içkilərin ürək-damar xəstəlikləri riskini artırdığını sübut edib.
Tədqiqat boyu onlar 100 min insanın qida vərdişlərini təhlil ediblər.
Onların rasionunda 206 növ qida, 32 növ içki olub.
Tədqiq olunan növlər şəkər, sərbəst şəkər, sərbəst olmayan şəkər və liflərə bölünüb. Bundan sonra 9 illik müşahidələr aparılıb.
Bu müddətdə 10 min insanda infarkt və insult olub.