• 23 Noyabr 2024 01:48

Rəfael Cəbrayılovun ölümündə qaranlıq məqamlar – ŞOK FAKTLAR AÇIQLANDI

Tacxeber.az “Azərbaycan Reallığı”-na istinadən  xəbər veriri ki, bir müddət öncə həbsxanada vəfat etmiş eks millət vəkili Rəfail Cəbrayılovun ətrafında baş verən qalmaqal bitib tükənmək bilmir. Vəfat etmiş millət vəkilinin həyat yoldaşı Aida Cəbrayılovanın hüquqlarını qanuni şəkildə etibarnamə ilə müdafiə edən tanınmış hüquqşünas Mübariz Məsimoğlu özünün facebook sosial şəbəkə hesabında bir çox iddialı paylaşım edib. O, Rəfail Cəbrayılovun həbsxanada müəmmalı şəkildə öldüyünü bildirib. Daha sonra mərhum millət vəkilinin qardaşı Elşən Cəbrayılovunda ünvanına bir çox ittihmalar səsləndirib. Beləliklə  Mübariz Məsimoğlunun ittiham dolu paylaşmını oxucuların diqqətinə çatdırırıq:

RƏFAEL CƏBRAYILOVUN XANIMINI NARAHAT EDƏN NƏDƏNLƏR

Bu günlərdə rəhmətlik Rəfael Cəbrayılovun həyat yoldaşı mənə müraciət edərək hüquqi müstəvidə ona yardım etməyimi istədi. Diqqətlə dinlədim onu. Anladım ki, hər şey göründüyü və təqdim olunduğu kimi deyil. Hazırda uzun müddət prokuratura sistəmində işləmiş və üç çağırış deputat olmuş bir şəxsin həyat yoldaşı, övladları evsiz- eşiksiz qalıb, kirayədə yaşayırlar.

ÜRƏK AĞRIDICI FAKTLARDI.

Yəqin ki, bilənlər bildi ki, söhbət hansı Rəfael Cəbrayılovdan gedir. Bəli, üç çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, ondan əvvəl isə uzun müddət prokuratura sistemində işləmiş insandan gedir söhbət. Necə oldu ki, belə bir adam birdən-birə dələduza çevrildi, sonra türməyə düşdü və 11 nəfər adamın arasında ancaq o virusa yoluxaraq elə zindanda da dünyasını dəyişdi? Müammalar, açılıb-bükülməsi mümkün olmayan naqisliklər o qədərdir ki, hansı birini deyəsən.

Rəfael Cəbrayılov həyatın axarına qarışıb axarkən gözlənilmədən xeyli borca düşüb və O, bu borcları ödəməkdən ötəri qabaqcadan işini bərk tutub tikinti biznesinə girişib və şirkət yaradıb (Dərhal MTK) öz qardaşı Elşən Cəbrayılovun adına. Elşən Cəbrayılov Rafael Cəbrayılovun tapşırıqlarını canla- başla yerinə yetirib əvvəllər.

Çünki Rafael Cəbrayılov atlı olub onda. Rafael Cəbrayılov atdan düşəndən sonra o fürsətdən istifadə edib qardaşı tərəfindən adına yaradılmış biznes imperiyasının dalına keçmək fikirinə düşüb. Və buna nail də olub. Borc sahibləri Rəfael Cəbrayılovun üstünə gəldikcə, Elşən Cəbrayılov fitnəkar fikirlərini həyata keçirib. Əvvəl həmin borclulara tikdiyi binalardan evlər verməklə onları susdurub. Sonra birdən bu əməliyyatları dayandırıb. Və eyni zamanda 11 nəfər borc sahibini birdən Rəfael Cəbrayılovun üstünə salınmasına nail olub.

Rəfael Cəbrayılov əvvəl abır- həyasına qısılıb qardaşının adının bu işlərdə hallanmasını istəməyib. Borc sahiblərindən işini qaydaya salmaq üçün vaxt alıb.Elşən Cəbrayılov isə öz işində olub. Və birdən kimlərəsə qoşulub, qardaşının hesabına topladığı sərvətə, var- dövlətə (tikilmiş 22 çoxmərtəbəli binaya )arxayın olaraq Rəfael Cəbrayılovun kəndirini kəsib. Gerisi hamıya məlum.

Məlum olmayan nədir və Rəfael Cəbrayılovun həyat yoldaşının – Aidə Cəbrayılovanın istəyi nədir? Əvvala qeyd edim ki, Rafael Cəbrayılovun həyət yoldaşının, yəni Aidə Cəbrayılovanın istəyi odur ki, bütün qaranlıq məqamlara bir aydınlıq gətirilsin. Ona görə hansılardır bu qaranlıq məqamlar?

1. Rəfael Cəbrayılovla bir yerdə olan 11 nəfərdən heç biri korona virusa tutulmayıb.Nədən bu virusa ancaq Rəfael Cəbrayılov tutulub?.

2. Rəfael Cəbrayılov hələ tutulmamışdan qabaq qardaşı Elşən Cəbrayılovun əməllərindən baş prokurora yazılı müraciət edərək bütün bu əməlləri qardaşı ilə bir yerdə törətdiklərini deyib. Həmçinin, qardaşının külli- miqdarda dövlətə vergi ödəməyərək dövlətə ziyan vurmasını yazıb, üstəlik, qardaşının sonda onun özünə atdığını və bu səbəbdən borclarını qaytara bilməməsini xüsusilə vurğulayıb?

NƏDƏN PROKURORLUQ BUNU ARAŞDIRMAYIB?

3. Nədən Rəfael Cəbrayılovun işini aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi , 1- ci dərəcəli hüquqşünas Rzayev Ceyhun Əsgər oğlu Cəbrayılov Rafael Kamil oğlunun Azərbaycan Respublikasl CM- nin 178.3.2 və 308.2 – ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 19 may 2021- ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında Cəbrayılov Elşən Kamil oğlu barəsində cinayət təqibinə xitam verib?

4. Nədən bu qərardan Rəfael Cəbrayılovun hüquqi varisi kimi Aidə xanım və 11 nəfər zərərçəkmiş tərəfindən məhkəmə nəzarəti qaydasında verdikləri şikayət Bakı şəhər Binəqədi rayon Məhkəməsinin hakimi M.N.Kərimova tərəfindən heç bir qanuna istinad edilmədən icraata götürülmədən geri qaytarılıb.

5. Nədən həmin qərardan verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14.06.2022 – ci il tarixli qərarı ilə ləvğ etdikdən sonra yenə də Binəqədi Rayon Məhkəməsində baxılması işə baxmış həmin hakim xanıma həvalə edilib?

6. Nədən işə baxılarkən qarşı tərəf məhkəməni saymadan heç bir məhkəmədə iştirak etmir və ona qaşın üstündə gözüb var deyən olmur.

7. Nədən başqa bir zərərçəkmişə nisbətdə Elşən Cəbrayılov barəsində nərimanov rayonunda cinayət işi başlanıb, zərər ödənildikdən sonra buraxılır, amma digər 11 nəfə zərərçəkmişə nisbətdə o aydan arı, sudan duru olub?. Bu ayrı- seçkilik nədəndir?

8. Nədən Elşən Cəbrayılovu müdafiə edən Nürəddin Məmmədov adlı birisi ona çox arxayınlıqla deyə bilir ki, mənim oğlum Şükran Məmmədov Xətai rayon prokurorluğunda işləyir. Heç kim Elşənin yanından yel olub keçə bilməz.

9. Nədən Rəfael Cəbrayılovun əmlakının bir hissəsi vaxtı ilə bu Nurəddin deyilən şəxsin digər oğlunun- Urfan Məmmədovun adına olub? Nədən buna aydınlıq gətirilmir. Və nəhayət 29 avqusta təxirə salınmış məhkəmədə haqq öz yerini tapacaqmı? Göründüyü kimi, nədənlər çoxdur. Mən bu nədənləri Aidə xanımın adında aidiyyəti orqanların ünvanlarına ünvanladım. Görək bu nədənlərə verilən cavabların nədəni necə olacaq?

Redaksıya adı çekilən hər kəsin mövqeyin tanıyır.

Tacxeber.az

Oxşar xəbərlər