“ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək” – Pentaqon rəhbəri
Amerika Birləşmiş Ştatları (ABŞ) Kiyevin Rusiyaya uduzmasına imkan verməyəcək.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiə məsələləri üzrə kontakt qrupunun (“Ramştayn-20”) iclasında çıxış edib.
ABŞ müdafiə naziri qeyd edib ki, Ukrayna qoşunları ağır şərait və döyüşlərlə üzləşir, mülki əhali isə daim Rusiya raketlərinin və İran pilotsuz uçuş aparatlarının hücumlarına dözmək zorundadır.
Oston əmin edib ki, ABŞ təslim olmaq fikrində olmayan Ukraynanı dəstəkləməkdən vaz keçməyəcək. Onun sözlərinə görə, bu günün mesajı aydındır: Birləşmiş Ştatlar, koalisiya və azad dünya Ukraynanın məğlub olmasına imkan verməyəcək.