Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
Bildirilir ki, tərəflər hazırda danışıqlar aparır:
“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”.
Qeyd edilir ki, türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər.
Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.
Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək.