• 24 Noyabr 2024 09:39

Uzun və sağlam saçların SİRRİ bu 9 qidadan keçir – İspanaq, qatıq…

Kişi və ya qadın fərq etməz, saç demək olar ki, hər kəs üçün böyük problemdir. Saç tökülməsi, ucların qırılması, sağlam olmayan mat saçlar xoşagəlməz görüntü yaradır.

 

Mütəxəssislərin fikrincə düzgün qidalanmaqla saç problemini həll etmək mümkündür. Belə ki, saçlarınızı yediyiniz qidalardan aldığınız təbii vitaminlər və yağlarla qidalandıra və gücləndirə bilərsiniz.

Tacxeber.com xarici KİV-ə istinadən saçları sağlam və parlaq edən, həmçinin uzadan qidaları təqdim edir:

 

İspanaq

Orqanizmdə dəmir çatışmazlığı qandakı oksigen miqdarını azaldır və saç köklərindəki hüceyrələrin kifayət qədər oksigen almasına mane olur. Dəmirlə zəngin olan yaşıl yarpaqlı tərəvəzlər dəmir çatışmazlığı səbəbindən saç tökülməsini dayandıra bilər.

 

Qatıq

Qatıqda olan bütün faydalı maddələr saç diblərinə yaxşı təsir bağışlayacaq. Saçların böyüməsinin ən əhəmiyyətli qaynağı olan kalsium və zülalla zəngin olan qatıq istehlak edildikdə saçlarınızın daha möhkəm olmasına kömək edir.

 

Lobya

Lobya, heyvan mənşəli qidalardan başqa zülal ala biləcəyimiz əsas qidalar arasındadır. Lobyadan alınan zülal saçları qidalandırmaq və gücləndirmək üçün çox faydalıdır.

 

Yerkökü

Yerkökü saç üçün lazım olan sebum adlı maddənin istehsalında çox aktiv rol oynayır. A vitamini mənbəyi olduğu üçün gözlər üçün də çox vacibdir. Yerkökün bu iki mühüm xüsusiyyətindən salat və yeməklərdə istifadə edərək faydalana bilərsiniz.

 

Qoz

Omeqa 6 yağ turşuları, zülal, sink və dəmirlə zəngindir. Bütün bu vitaminlər və komponentlər saç follikullarını stimullaşdırır, onların qalınlaşmasına imkan verir.

 

Balqabaq tumları

Balqabaq tumları da qoz kimi omeqa 6 yağ turşuları, zülal, sink və dəmirin çox güclü mənbəyidir. Bütün bu minerallar saç sağlamlığını qorumağa kömək edir. Hər gün bir ovuc balqabaq toxumu yeyərək daha sağlam saçlara sahib ola bilərsiniz.

 

Soya

Soya tərkibində E vitamini olan qidalardan biridir. Saçlarınızın parlaq görünməsini istəyirsinizsə, soyadan kömək ala bilərsiniz. Bunun üçün həftədə bir dəfə yemək kifayət edər. Soya qan dövranı sisteminizi də tənzimlədiyi üçün saçlarınız daha qalın və sağlam uzanacaq.

 

Zeytun yağı

Zeytun yağı maskası bir çox qadının daim tətbiq etdiyi və hər fürsətdə öyündüyü maskadır. E vitamini mənbəyidir. E vitamini saçlarımızı zədələnmədən qoruyur.

 

Meyvələr

Bu dəfə saçımıza mənfi təsir edən xarici şərtlərdən danışacağıq. Xüsusilə C vitamini bədəninizdə infeksiyaların qarşısını alır və istidən, günəşin zərərli şüalarından və hava çirkliliyindən zədələnmiş saçların sağlamlığını qoruyur. Başda portağal, qreypfrut, qarpız və çiyələk olmaqla tərkibində C vitamini olan meyvələrlə saçlarınızı daha sağlam edə bilərsiniz.

 

Ancaq qeyd etmək lazımdır ki, ailədə genetik saç problemi olan şəxslərin yediyi və ya içdiyi şeylər 100% fayda verməyə bilər, amma yenə də saç tökülməsini yavaşlatmaqla daha sağlam saçlara sahib ola bilərsiniz. (BAKU.WS)

Tacxeber.com

Oxşar xəbərlər