• 25 Noyabr 2024 09:51

ABŞ-ın müdafiə naziri: “Ukraynadakı müharibə Amerika üçün şərəf məsələsidir”

Pentaqonun rəhbəri Lloyd Ostin “Ukraynanın varlığının” təhlükə altında olduğunu açıqlayıb. O, əmin edib ki, Amerika hakimiyyəti Kiyevə hərbi yardım və sursat axınını təmin edəcək. 

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Almaniyanın Ramşteyn bazasında Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclasından sonra keçirilən mətbuat konfransında deyib:

 

“Bu gün Ukraynanın sağ qalması təhlükə altındadır. Amerikanın təhlükəsizliyi də risk altındadır. Onlar bir gün belə itirə bilməzlər, biz də itirə bilmərik”.

 

Ostinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “baş verənləri diqqətlə izləyir”.

 

“Bu, Ukraynanın yaşaması və suverenliyi məsələsidir. Amerika üçün isə bu, şərəf və təhlükəsizlik məsələsidir”, – deyə o bildirib.

 

Dünən, martın 19-da Ramşteyn hərbi bazasında təmas qrupunun 20-ci görüşü baş tutub. Görüş Kiyev üçün yeni yardım paketlərinin elan edilməsilə başa çatıb. Xüsusilə, Almaniya 10 min 155 mm çaplı mərmi, 100 zirehli transportyor və eyni sayda xüsusi maşın daxil olmaqla 500 milyon avro dəyərində hərbi yardım paketi ayırdığını açıqlayıb.

 

Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna ordusunun təcili olaraq ehtiyac duyduğu sursatları alacağını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər