Yadplanetli sivilizasiyaların nümayəndələri Yer kürəsinə səfər edir.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş vitse-admiralı Tim Qallodet deyib.
O, 2015-ci ildə Amerika hərbi pilotları tərəfindən çəkilmiş “Go Fast” adlı videoya baxdıqdan sonra UNO-ların Yerə səfərlərinin reallığına əmin olduğunu söyləyib:
“Mən videonu gizli kanallar vasitəsilə aldım və əmin oldum ki, biz tək deyilik”.
Qallodet qeyd edib ki, ABŞ kəşfiyyatı tərəfindən inkar edilməsinə baxmayaraq, planetdə yerdənkənar texnologiya mövcuddur və UNO-ların müşahidə halları olub.
Eyni zamanda, onun sözlərinə görə, UNO-ların əslində nə olduğunu müəyyən etmək üçün məxfi işlər aparılır:
“Hökumət hələ də onların kim olduğunu, haradan gəldiklərini və ya nəyə ehtiyacı olduğunu bilmir”. (Axar)