Aynur Camalqızı məhkəməyə verildi – İş icraata götürüldü
Xaicdə mühacirətdə olan hüquqşünas Qurban Məmmədov “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızını məhkəməyə verib.
Bakupost.az xəbər verir ki, buna səbəb “Teleqraf” Media Qrupuna daxil olan Axar.az saytında Qurban Məmmədovun babasının erməni olmasını iddia edən yazının yayılmasıdır.
Nəsimi rayon məhkəməsi Qurban Məmmədovun ərizəsini icraata götürüb.