• 24 Noyabr 2024 14:43

“Sibir” Batalyonu Kremlə savaş açdı – “Hədəf hakimiyyəti devirməkdir”

Bu yaxınlarda Rusiya ərazisinə basqın edən “Rusiya Könüllüləri” Korpusu, “Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonunun başlıca məqsədi mövcud hakimiyyəti devirməkdir.

 

Bunu Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.

“Konkret olaraq bu əməliyyatlardan danışsaq, davam edir. Artıq bu məsələ ilə bağlı tez-tez açıqlamalar verən rusiyalı təbliğatçıların isteriyası, Putinə bənzəyən şəxsin, Kremlin rəsmi ruporu – Peskovun isterikası bunun əyani təsdiqidir”, – kəşfiyyatçı bildirib.

Yusov həmçinin əlavə edib ki, qiyamçıların Rusiya ərazisindəki reydləri uğurlu olub:

“Artıq bir sıra məqsədlərə nail olunub: 600-dən çox işğalçı məhv edilib, yüzlərləsi də yaralanıb. Çoxlu texnika sırdan çıxarılıb. Ən əsası əməliyyatın davam etməsidir”.

 

Onun sözlərinə görə, əməliyyatın başlamasından az öncə rusiyalı general Lapin bu istiqamətdə Rusiya müdafiəsinin etibarlılığına əmin olmaq üçün sərhədyanı bölgələrə göndərilib:

“Lapin sərhədin tamamilə bağlı olduğunu, heç kəsin keçə bilməyəcəyini söylədi. Amma “Rusiya Könüllüləri” Korpusu, “Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonu bunun heç də belə olmadığını göstərdi. Bundan sonra digər bölgələrdən, xüsusən də işğal olunmuş Ukrayna ərazilərindəki bölmələri ora köçürməyə məcbur olublar”.

“Rusiya Könüllüləri” Korpusu, “Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonu martın əvvəllində Rusiyanın sərhədyanı Belqorod və Kursk vilayətlərinə hücum ediblər. Sərhədi keçən bölmələrlə Rusiya ordusu arasında toqquşma baş verib. İki kənd nəzarətə götürülsə də, rus qoşunları tərəfindən geri alınıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər