MN-in həbs olunan vəzifəlisi bu generalın “sağ əli” olub – ŞOK İDDİA + FOTO
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğun yaydığı məlumata görə, Alı İsrayıl oğlu Əliyev haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.
Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, saxlanılan Alı Əliyev bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.