“Rusiyanın neft emalı zavodlarını vurmağa davam edəcəyik” – Ukrayna söz dinləmir?
“Kiyev Rusiya neft emalı zavodlarına qanuni hədəf kimi baxdığı üçün onları vurmağa davam edəcək”.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefaşina deyib.
O qeyd edib ki, Ukrayna tərəfi amerikalı tərəfdaşlarının çağırışını başa düşür: “Eyni zamanda, biz malik olduğumuz imkanlar, resurslar və təcrübələrlə mübarizə aparırıq”.
Baş nazirin müavini 2022-ci ildə Ukrayna üzərində səmanın bağlanması tələbi ilə NATO-nun mənzil-qərargahı ilə əlaqə saxladığı zamanı aldığı cavabı xatırladıb. “Dedilər ki, Olqa, sən NATO standartlarını başa düşmürsən”.
Stefaşina vurğulayıb ki, Ukrayna tərəfi Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə “NATO-nun ən yaxşı standartlarına uyğun hərəkət edir”.