• 23 Noyabr 2024 06:18

Nikolayevdə Rusiya agenti saxlanıldı

Nikolayevdə Rusiya agenti saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Nikolayev şəhərində məktəblərə raket hücumlarına rəhbərlik edən rus agentini saxlayıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs ruslara raket hücumları üçün şəhərdə yerləşən təhsil müəssisələrinin dəqiq koordinatlarını təqdim etməklə yanaşı, Ukrayna Müdafiə Qüvvələrinin cənubda hərəkəti və silahlanması ilə bağlı kəşfiyyat məlumatları da toplayıb.

Həmçinin bildirilir ki, saxlanılan şəxs Teleqram kanallarında rusiyayönlü fikirlərini gizlətməyərək dövlət əleyhinə aparılan müzakirələrin fəal iştirakçılarından olub.

Həmin şəxs haqqında həbs qətimkan tədbiri seçilib.

Tacxeber.az

Oxşar xəbərlər