“TikTok”da “bambılı” söhbəti: Məşhurlar üz-üzə gəldi
Bir müddət əvvəl müğənni Nadir Qafarzadə də sosial şəbəkələrdən pul qazananmaq üçün dəridən-qabıqdan çıxanları qınadı. O, sosial şəbəkədən qazandığı pulu heç vaxt xərcləməyəcəyini bildirdi:
“Efirə çıxıb, kişi-kişi danışırdılar. İndi baxırsan “TikTok”da bambılılıq edir. Bəs, nə oldu? Deməli, sən o “TikTok”dakı vəziyyətində idin və efirə çıxdığın zamanlar obraza girmişdin, aktyorluq edirdin. Normal qadına da, kişiyə də TikTokda yüngüllük etməyi yaraşdırmıram“.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış rejissor, aktyor Kənan MM bu yanaşmanın düzgün olmadığını bildirib:
“Mən məsələyə bu cür yanaşmıram. Ümumiyyətlə, sosial şəbəkələrdən, yaxud başqa yerlərdən kiminsə nə qədər qazandığını müzakirə etmək, bunu ondan soruşmaq heç etik deyil. Cəmiyyətdə hamı deyir ki, “Nə qədər qazandın?” “Nə qədər aldın?”. Heç kəs sual vermir ki, niyə qazanırsan? Nəyin qarşılığında qazanırsan? Medalyonun bir tərəfini görürlər, amma o biri üzünü görmürlər. Məsələn, mən “TikTok”da kiməsə hədiyyə atmaq istəyəndə öz-özümə sual verirəm ki, buna niyə hədiyyəni atmalıyam? Xasiyyətinə, insanlığına, kişiliyinə, xanımlığına görə atıram. Bu sualları da düşünmək lazımdır”.
O, “TikTok”a girənləri qınayanların özlərini canlı yayıma dəvət edib:
“Bu sözləri deyən adamlar özü getsin canlı yayım açsın görsün insanların marağını cəlb edə biləcəkmi? Canlı yayımına 5-6 min adam girib eyni anda onu izləyəcəkmi? Əsas sual budur. Hər halda, hər adam bunu bacarmır. Sosial şəbəkədən qazanılan pulu sənətçi necə xərcləyir onu özü bilər. Bu platformada məndən çox insanlara hədiyyə atan yoxdur. O hədiyyələr necə gəlirsə, elə də gedir, buna əmin olun”.
Əsmətxanım RZAZADƏ