• 24 Noyabr 2024 07:01

Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş…” 

Meyxanaçı Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsindən danışıb. 

 

Tacxeber.com xəbər verir ki, ifaçı bu haqda “Xəzər axşamı” proqramında danışıb. O bildirib ki, Məna burnunda əməliyyat olunub:

 

“Qorxulu bir şey yoxdur. Nəfəsalma problemi var idi. Ona görə burnundakı çəpər əyriliyini düzəldiblər. 1 saatlıq yüngül əməliyyat edilib. Beynində xoşxassəli şişlə bağlı 1 il əvvəl əməliyyat olunub. Hər şey yaxşıdır”.

 

Qeyd edək ki, Məna bir neçə gün əvvəl xəstəxanadan görüntü paylaşmışdı.

Tacxeber.com

Oxşar xəbərlər