Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” nəşri məlumat yayıb.
Bildirilir ki, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kriminal aləmdə tanınan şəxslər olan Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Məmmədov Z.İ. ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəliblər. Martın 22-də əməliyyat tədbirləri həyata keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdiyi bilirilir.