• 23 Noyabr 2024 08:21

Rusiya yayda böyük hücuma hazırlaşır – Svitan

Rusiya işğalçı qüvvələri 2024-cü ilin yayında böyük bir hücum planlaşdırır.

 

Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

“Ruslar bunun üçün 100 min canlı qüvvə toplayacaq. Amma bu say düşmənə öz planlarını həyata keçirməyə yetməyəcək”, – Svitan bildirib.

Polkovnikin sözlərinə görə, Rusiya ordusu əvvəlcə Luqanska hücum edəcək, daha sonra növbə ilə Donetsk, Zaporojye və Xerson vilayətlərini tutmaq istəyəcək.

Tacxeber.com

Oxşar xəbərlər