Qazaxın kəndlərinə girən 24 erməni saxlanıldı
Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən 24 nəfər saxlanılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin əməkdaşı Zarzand Qabrielyan məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslər qanunsuz silah və döyüş sursatı gəzdirmək və saxlamaqda şübhəli bilinərək saxlanılıb və Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.