Yerdə güclü maqnit qasırğası müşahidə edilir
Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə edilir.
Tacxeber.com-ın məlumatına görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Kosmik hava monitorinqinin məlumatlarına əsasən maqnit qasırğası davam edir.
Yerin maqnit sahəsindəki pozulma indi G4 səviyyəsinə çatıb.
Bu, beş göstəricili monitorinq şkalasında “çox güclü” deməkdir. G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.