Filipp Bakıya bu səbəbdən gəlib
Rusiyanın Xalq artisti Filipp Kirkorovun Bakıya gəlmə xəbəri səs-küysüz ötüşməyib.
Tacxeber.com xəbər verir ki, rus və erməni mətbuatı sənətçinin Azərbaycana təşrif buyurmasını birmənalı qarşılamayıb. Bu haqda xəbərlər “Gazeta ru”, “News.am”, “7days.ru” kimi saytlarda yer alıb.
Bəzi mənbələr iddia edib ki, Filippin maliyyə məsələləri ilə bağlı problemi olduğu üçün Rusiyanı tərk edib. Müxtəlif saytlarda çıxan iddialara Kirkorov və komandasından heç bir açıqlama gəlməyib.