“Kürəkənimin 40 mərasimində evə nəvəmin meyidi gəldi”
“Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin yerinə keçib onun sahib olduqlarına sahiblənmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdırlar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu “Həftənin qonağı” verilişində deyib. Qarmon ifaçısı kürəkəninin qətlə yetirilməsindən danışıb:
“Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Ora gedib, körpə nəvəmə baş çəkirdi. Kürəkənimin ailəsi həmin uşağın qalmamağını istədilər. Uşaq bir müddət sonra tələf oldu. Elə bil ki, kürəkənimin 40 günü olanda, nəvəmin çantanın içində meyitini evə gətirdilər.