• 24 Noyabr 2024 13:54

İŞİD Rusiya ərazisində yeni terror aktları barədə xəbərdarlıq etdi – FOTO

İŞİD terrorçuları “Krokus”a hücumdan sonra yeni terror aktları barədə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, İŞİD tutulan zaman qruplaşma üzvlərinə təhlükəsizlik xidməti tərəfindən işgəncə verilməsinin Rusiyaya baha başa gələcəyini bildirib. İŞİD məhz bu səbəbə görə, qəddarlığı ilə görünməmiş yeni terror aktlarının olacağını elan edib. İŞİD-in bəyanatı İranın Sahebkhabar portalında yer alıb.

İŞİD bildirib ki, elə bir dəhşətli terror aktı törədəcəklər ki, hətta gələcək nəsillər belə bunu xatırlayacaqlar.

Terror qruplaşmasının X (Twitter) sosial şəbəkəsində yayılan təhdidləri yeddi dildə (rus, ingilis, türk, özbək, tacik, puştu və fars) yayımlanıb.

 

İŞİD baş verən hadisələrdən sonra əsir düşən silahdaşlarının qisasını almağın yolunu tapacağına əmindir. Müraciətdə qisasın ümumilikdə ruslara, xüsusən də Putinə yönələcəyi qeyd olunur, başqa xalqların, dövlətlərin adı çəkilmir.

“Bütün qəddar ruslara, o cümlədən Putinə! İŞİD-in əsir düşən üzvlərinə işgəncə etməyi dayandırın! Tökdüyünüz qana görə İslam ümmətinin intiqamı sizin üzərinizdədir! Bu dəfə sizə elə bir amansız zərbə vuracağıq ki, gələcək nəsillər belə bunu həmişəlik xatırlayacaqlar”.

İnternetdə isə İŞİD mesajının orijinal mənbəyini tapmaq mümkün olmayıb. Sosial şəbəkələrdə müraciətlərin Tacikistandan olan “Əl Azaim” qruplarının üzvləri tərəfindən yayıldığı iddia edilir. Məlumatın həmçinin bağlanmış Telegram kanalı Azfront tərəfindən yayıldığı bildirilir. Müvafiq skrinşot İnformasiya Müqaviməti ictimai səhifəsində, Presstv.ir televiziya kanalı və Nournews.ir xəbər agentliyinin portallarında yerləşdirilib. Burada İŞİD-in başqa heç bir müraciəti yoxdur.

Qeyd edək ki, martın 22-də bir qrup naməlum silahlı şəxs Moskvada “Krokus” konsert zalına hücum edib.

 

Hücum 18 dəqiqə davam edib, daha sonra naməlum şəxslər avtomobilə minərək sakitcə 450 km Belarus-Rusiya sərhədinə doğru qaçıblar. Daha sonra təhlükəsizlik qüvvələri terrorçuları yaxalayıb. Saxlanılan şəxslərin döyüldüyü, etiraf tələb edilən zaman onlara elektrik cərəyanı verildiyi və birinin qulağının kəsildiyi iddia edilir.

Rusiya Federasiyasının İstintaq Komitəsi və prezident Vladimir Putin terror aktında Ukraynanın əli olduğunu dönə-dönə təkrarlasa da, ABŞ hücuma görə İŞİD üzvlərinin məsuliyyət daşıdığını bildirib. ABŞ hətta ruslara bu barədə hücumdan üç həftə əvvəl məlumat verildiyini də qeyd edib. (Sfera.az)

Tacxeber.com

Oxşar xəbərlər