Rusiyanın ən təhlükəli iki raketi – Ekspert
Rusiyanın Ukraynaya hücum etdiyi “Xəncər” və “Sirkon” – hipersəs raketlər sayılır. Bununla belə, onların bir əhəmiyyətli fərqi var, o da mühərriklərinin işləməsidir.
Tacxeber.com xəbər verir ki, bu sözləri aviasiya üzrə ekspert və Ukrayna Dövlət Aviasiya Muzeyinin aparıcı elmi işçisi Valeri Romanenko bildirib.
“Onların hər ikisi hipersəsdir. Yəni “Xəncər” şərti olaraq hipersəs raketdir, çünki öz trayektoriyası ilə səs sürəti ilə uça bilir, lakin sonra mühərriki dayananda ətalətlə uçur – sürət itir, maksimum 4 Max (4900 km/saat) təşkil edir. Bu isə hipersəs hesab edilmir. Hipersəs 5 Maxdan (6125,2 km/saat) başlayır. Ruslar üçün isə hipersəs 4,5 Maxdan başlayır”, – o deyib.
Ekspertin sözlərinə görə, “Xəncər” məsafənin çox hissəsini 4,5 Maxla uçur: