Son günlər Rusiya Paşinyan hakimiyyətinə nə messajları verir ?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə iki mesaj göndərirlər.
Birinci mesaj bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. Yəni demək istəyirlər ki, Rusiyadakı ermənilər Ermənistandakı ermənilər kimi düşünmür və baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşmaq siyasətindən narazıdırlar. İkincisi, Rusiyada yaşayan ermənilər Ermənistana hər il milyardlarla dollar pul köçürürlər və bu Ermənistan büdcəsindəki vəsaitdən çoxdur. Bu da Kremlin Ermənistan hökumətinə xəbərdarlığıdır. Yəni demək istəyirlər ki, Qərbə yaxınlaşmağa çalışan Ermənistan hökumətinə təzyiq etmək üçün Kremlin əlində güclü maliyyə aləti var.