• 24 Noyabr 2024 07:44

“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir

Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktı ilə bağlı səkkizinci müttəhim – 32 yaşlı aşpaz və iş adamı Əlişir Qasımovun həbsini tələb edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Baza” kanalı məlumat yayıb.

 

İş materialları Basmannı Məhkəməsinə verilib və yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.

 

Terrorçuları “Krokus”a hücum hazırladıqları Putilkovoda mənzillə o təmin edib.

 

Qasimov Krasnoqorskda yaşayır və kiçik bir kafenin sahibidir.

 

Qeyd edək ki, 22 martda “Krokus Siti Holl”da baş verən terror aktı nəticəsində, son məlumata görə, 139 nəfər ölüb, 180 nəfər yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər