• 24 Noyabr 2024 04:42

Hindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu.

Hindistanın Mumbay şəhəri orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında liderdir.

 

Bu barədə Hindistanın “Hurun India” reytinq agentliyinin apardığı araşdırmalarda qeyd olunur.

Agentliyin araşdırmasına əsasən, Mumbay ilk dəfə olaraq Pekini qabaqlayaraq Asiya ölkələri arasında milyarderlərinin sayına görə ilk sırada dayanıb.

Belə ki, hazırda Mumbayda 92 milyarder yaşayır.

Dünya miqyasında isə Mumbay milyarderlərin sayına görə Nyu-York (119 milyarder) və Londondan (97 milyarder) sonra üçüncü yerdədir. (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər